NASA-da iqtisadi böhran: "VIPER" proqramı ləğv edildi
Dünya
18.07.2024 15:12
ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) gələn il Ay səthinə enmək üçün kosmosa göndərilməsi planlaşdırılan “VIPER” kəşfiyyat aparatının artan xərcləri səbəbindən proqramını ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə "Space.com" saytı məlumat yayıb.
Məlumata görə, ləğv qərarı tam yığılmış “VIPER”in ekoloji sınaqları zamanı verilib. Qeyd olunub ki, bu qərarla NASA xərclərinə 84 milyon dollar qənaət edəcək.
“VIPER” proqramının məqsədi Ayın Cənub Qütbünə yaxın yerə enmək və 100 gün ərzində Aydakı buz yataqlarını araşdırmaqdır.
Missiyanın ləğvindən sonra “VIPER”in satılacağı gözlənilir.
Günəş Mərd
tag: NASA, ABŞ, Böhran,İqtisadi, VİPER, Kosmik, todaypress.az,