NASA Aya səfər etməyin zəruriliyindən danışdı
Dünya
10.01.2025 11:52
Milli Kosmik və Aviasiya Agentliyi (NASA) “SpaceX” in qurucusu İlon Maskın şirkətinin birbaşa Marsa getməsi ilə bağlı şərhinə cavab verib.
TodayPress xəbər verir ki, bu barədə “Space News” yazıb.
“Bu gün insanın Aya səfər etməsi onun gələcəkdə Marsa uçuşları üçün lazımdır” NASA-dan bildirilib.
NASA-nın Kosmik Texnologiyalar Direktorluğunun baş enerji sistemləri texnoloqu Jeremiah McNutt qeyd edib ki, Aya səfər bir çox sistemi, xüsusən də enerji istehsalı və saxlanmasını sınaqdan keçirməyə imkan verəcək.
İlon Maskın fikrincə isə 2026-cı ilin payızında Marsa pilotsuz “Starship” kosmik gəmisinin göndərilməsi 2028-ci ildə Qırmızı Planetə insanlı missiyanı həyata keçirməyə imkan verəcək.
Günəş Mərd
tag: NASA, AY ,Səfər ,Zəruri ,todaypress.az,