Narkotiklərlə mübarizə üzrə dünya rekordu yeniləndi
Dünya
28.11.2024 09:07
Onlarla başqa ölkə ilə əməkdaşlıq edən Kolumbiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları altı həftə ərzində 225 ton kokain müsadirə ediblər ki, bu da narkotiklərlə mübarizə üzrə dünya rekordu olub.
TodayPress xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Altı həftəlik “Orion” əməliyyatı zamanı Kolumbiyanın hüquq-mühafizə orqanları və onların 62 ölkədən olan həmkarları kokain daşıyan 6 dəniz gəmisini dayandırıb və ümumilikdə 1400 ton narkotik, o cümlədən 1000 tondan çox marixuana və 225 ton kokain müsadirə ediblər.
Qanunsuz yüklərin bir hissəsi Avstraliyaya yeni narkotik ticarəti marşrutu ilə gedən sualtı qayıqda tapılıb.
Narkotiklərlə mübarizə tədbirləri zamanı qanunsuz silah daşınması dayandırılıb, miqrant alverçiləri saxlanılıb. Ümumilikdə 400-dən çox adam həbs edilib.
Məqalədə qeyd edilir ki, əməliyyat Latın Amerikası kartellərinə ciddi zərbə olub.
Qeyd edək ki, BMT-nin hesablamalarına görə , dünyada hər il 2700 ton kokain istehsal olunur.
Günəş Mərd
tag: Narkotik,BMT, Amerika, Avstraliya, todaypress.az,