Narkotik istehsalı ilə məşğul olan laboratoriya aşkarlandı

Dünya

10.09.2024 13:55

2627

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində adı açıqlanmayan Avropa ölkəsinin vətəndaşları narkotik laboratoriyası yaratdığı üçün saxlanılıb. 

TodayPress xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu məlumat yayıb.

"Avropa ölkələrindən birinin vətəndaşları tərəfindən təşkil edilmiş sintetik narkotiklərin istehsalı üzrə gizli laboratoriyanın fəaliyyəti dayandırılıb" deyə məlumatda bildirilib. 

Müsadirə olunan maddələrin dəyəri 3,5 milyard tenge (73 milyon ABŞ dollarından çox) qiymətləndirilir. 

Məsələ ilə bağlı iki nəfər nəzarətə götürülüb.

Günəş Mərd

tag: Qazaxıstan, Baş Prokurorluq, Avropa ,Laboratoriya ,Maddələr, todaypress.az,