Narkokartelin lideri həbs edildi

Dünya

26.07.2024 10:09

Dünyanın ən güclü narkobaronlarından biri, Meksikanın Sinaloa kartelinin lideri İsmayıl "El Mayo" Zambada ABŞ federal agentləri tərəfindən Texas ştatının El Paso şəhərində həbs edilib.

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

O, heroindən daha güclü narkotik hesab edilən fentanil hazırlamaq və yaymaqda şübhəli bilinirdi.

"Fentanil ölkəmizin indiyə qədər üzləşdiyi ən ölümcül narkotik təhlükəsidir. O 18-45 yaş arası amerikalılar üçün əsas ölüm səbəbidir. İnsanlarımızı zəhərləməkdə məsul olan hər bir kartel liderini, üzvünü və köməkçisini yaxalayaraq, cəzalandırmaq vəzifə borcumuzdur" deyə ABŞ tərəfi bildirib.

Amerikalı prokurorlar Sinaloa kartelinin ABŞ-də ən böyük narkotik tədarükçüsü olduğunu açıqlayıblar. 

Töhfə Səməd

tag: Narkokartel,Meksika, ABŞ,Sinaloa, Texas, El Paso, todaypress.az,