Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük həbs
Türkiyədə 8 yaşlı Narin Güranın ölümü ilə bağlı məhkəmə qərarını
açıqlanıb.
TodayPress bu barədə TRT kanalına istinadən xəbər verir.
Narinin
cəsədini dərəyə apardığını etiraf edən Nevzat Bəxtiyar 4 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.
Azyaşlının
anası Yüksel Güran, qardaşı Enes Güran və əmisi Səlim Güran isə ömürlük həbs
olunublar.
Ömürlük
həbs olunanlar Narini öldürməkdə təqsirləndiriliblər. Onlar məhkəmə qərarı ilə
razılaşmayaraq etiraz ediblər.
Qeyd
edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük
axtarışlardan sonra tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə
aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib.
tag: Türkiyə,Narin, TRT, Məhkəmə, Həbs, todatpress.az,