Namizədlərin iqtisadi planları ABŞ-ni maliyyə böhranına sürükləyir

Dünya

07.10.2024 18:20

Donald Trampın iqtisadi planları 2035-ci ilə qədər ABŞ-nin federal borcunu 7,5 trilyon dollar artıra bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” Məsuliyyətli Federal Büdcə Komitəsinə (CRFB) istinadən yazıb. 

Komitənin hesablamalarına görə, bu, Amerikanın vitse-prezidenti Kamala Harrisin proqramı çərçivəsində proqnozlaşdırılan 3,5 trilyon dollar artımdan təxminən iki dəfə çoxdur.

CRFB hesabatı "mümkün maliyyə böhranı" riskinin artması barədə xəbərdarlıq edib. 

Qeyd olunub ki, Trampın planlarına fərdlər və müəssisələr üçün vergiləri azaltmaq, idxala yüksək tariflər tətbiq etmək və milyonlarla immiqrantı deportasiya etmək daxildir. Harrisin proqramı isə kiçik bizneslər üçün genişləndirilmiş vergi güzəştlərini, əlverişli uşaq baxımı və mənzil əldə etmək imkanını, lakin daha yüksək korporativ vergiləri ehtiva edir.

Günəş Mərd

tag: Donald Tramp,ABŞ,Federal borc,CRFB,Maliyyə,Böhran,Kamala Harris,todaypress.az,