Naməlum təyyarə Rusiyanın hava məkanını pozdu
Dünya
17.09.2024 15:18
Naməlum “Bombardier Challenger 650” təyyarəsi Rusiya sərhəddi boyu Kalininqrad vilayəti ətrafında iki dəfə uçub.
TodayPress Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Flightradar” hava səyahətlərinin izlənməsi portalının məlumatında qeyd olunub.
Xidmətin məlumatına görə, CL60 kod təyinatlı təyyarə Rumıniyanın Konstansa şəhərindən havaya qalxaraq Macarıstan, Slovakiya və Polşa üzərində uçub, bundan sonra isə Rusiya regionu üzərində iki dəfə dövrə vurub.
“Flightradar” təyyarənin qeydiyyatdan keçdiyi ölkə barədə məlumat verməyib.
Qeyd edək ki, Kostansa şəhəri yaxınlığında Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci aviabazası "Mihail Kogalniceanu" yerləşir. Burada NATO-nun Avropadakı ən böyük hərbi bazası tikilir.
Günəş Mərd
tag: Rusiya ,Sərhəd ,Flightradar, Kostansa, Rumıniya ,NATO ,Avropa ,todaypress.az,