Naməlum şəxs kilsəyə molotov kokteyli atıb
Rusiyanın Tümen vilayətindəki Dmitri Donskoy kilsəsinə naməlum şəxs tərəfindən molotov kokteyli atılıb.
TodayPress xəbər veriri ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, hadisə şəhərin “Respublika” küçəsində baş verib. Hücum edən şəxs paketlə kilsəyə yaxınlaşıb, oradan bir neçə molotov kokteyli çıxararaq girişə tərəf atıb. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər sakinlər baş verən yanğını söndürüblər.
Günel
tag: Kilsə,Tümen,Molotov Kokteyli,Rusiya,todaypress.az,