Naci Görür: “Gözlənilən əsas zəlzələ hələ baş verməyib”
İstanbulun Silivri bölgəsində baş verən 6,2 bal gücündə zəlzələdən sonra professor, seysmoloq Naci Görür bu zəlzələnin gözlənilən böyük Marmara zəlzələsi olmadığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə tanınmış seysmoloq, professor Naci Görür şəxsi “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu tip təkanlar əksinə, bölgədəki fay xətlərindəki gərginliyi artırır və böyük bir qırılmaya zəmin yaradır. “Bu fay kilidli vəziyyətdədir və enerji toplayır.
Zaman-zaman bu enerjini kiçik zəlzələlərlə boşaltmağa çalışır. Ancaq bu təkanlar əsas zəlzələnin qarşısını almır, əksinə, gərginliyi artırır. Marmara dənizində, xüsusilə Kumburqaz fayında tez-tez fərqli gücdə zəlzələlər olur.
Lakin bunlar hələ gözlədiyimiz böyük zəlzələ deyil. Əsas zəlzələ daha böyük olacaq və 7 baldan yuxarı olacaq” deyə professorun açıqlamasında deyilir.
Görür əlavə edib ki, Silivri açığında bu gün saat 12 radələrində baş verən 4,0 bal gücündə təkan da Kumburqaz fay zonasında qeydə alınıb və bu fayın getdikcə daha çox enerji yığdığını göstərir:
“Yeri çox mənalıdır, diqqətli olmaq lazımdır. Kumburqaz fayı yüklənir”.
Qiymət Mahir
tag: Türkiyə,Naci Görür,Zəlzələ,Mərmərə,Todaypress.az,