Myanmada müvəqqəti atəşkəs müddəti uzadıldı

Dünya

22.04.2025 16:45

8

Myanmanın Müdafiə Xidmətlərinin Baş Komandanlığı aprelin 2-dən 22-dək qüvvədə olan müvəqqəti atəşkəsin uzadıldığını elan edib.

TodayPress xəbər verir ki, ofisin bəyanatına görə, atəşkəs aprelin 30-dək uzadılıb.

Vaxtın uzadılması zəlzələdən zərər çəkmiş ərazilərdə effektiv və səmərəli xilasetmə və köçürmə əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulub.

Həmçinin ölkənin və xalqın maraqlarına xidmət etmək, yardım səylərini vaxtında təmin etmək, davamlı sülh və sabitliyi təşviq etmək məqsədi daşıyır. 

Bəyanatda hər hansısa əks hərəkətlərin həyata keçiriləcəyi təqdirdə Myanma Ordusunun ictimaiyyəti qorumaq üçün lazımi cavab tədbirləri görəcəyi də açıqlanıb.

Töhfə Səməd

tag: Myanma,Atəşkəs,Münaqişə,Zəlzələ,Todaypress.az,