Myanmada bu il ən azı 650 uşaq münaqişənin qurbanı oldu
Dünya
22.11.2024 07:23
“Təkcə 2024-cü ildə Myanmada azı 650 uşaq
zorakılıq nəticəsində öldürülüb və ya şikəst olub”.
TodayPress-in məlumatına görə, bu barədə UNİCEF-in icraçı
direktorunun humanitar məsələlər və təchizat üzrə müavini Ted Çayban
açıqlamasında bildirib.
Qeyd edilir ki, minalardan mülki əhali arasında itkilərin
təxminən üçdə biri uşaqların payına düşür:
“Myanmadakı humanitar böhran qırılma nöqtəsinə çatır.
Artan münaqişə, iqlim şokları uşaqları və ailələri görünməmiş risk altında
qoyur. Ölkə üzrə 3,4 milyondan çox insan didərgin düşüb, onların təxminən 40
faizi uşaqlardır. Təhlükəli dərəcədə aşağı maliyyələşdirmə səylərimizi ciddi
şəkildə əngəlləyir - 2024-cü il humanitar müraciətimizin 25 faizindən az
hissəsi yerinə yetirilib, uşaq və ailələrin ehtiyacları isə artmaqda davam
edir”.
Qeyd edək ki, sentyabr ayında Yaqi qasırğasının səbəb
olduğu daşqınlar nəticəsində ən azı 293 nəfər ölüb, daha 89 nəfər itkin düşüb.
tag: Myanma,Qurban, Ölüm,Münaqişə ,UNİCEF, todaypress.az,