Myanmada 7 min nəfər köləlikdən azad edildi
Tailand 2025-ci ilin fevral ayında Myanma ilə sərhəd bölgəsində yerləşən mərkəzlərdən azad edilmiş 7224 əcnəbi vətəndaşı ölkəsinə qaytarıb.
TodayPress xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin Baş direktoru Nikondez Falanqkun mətbuat konfransında məlumat verib.
Bildirib ki, əməliyyat Myanma təhlükəsizlik qüvvələrinin dəstəyi, həmçinin Tailand və Çinin hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib. Azad edilənlərin ümumi sayı 9951 nəfər təşkil edir, onlardan 7224 nəfəri artıq vətənə qayıdıb.
1700-dən çox insan hazırda Myanmada qalıb və tezliklə repatriasiya üçün Taylanda aparılacaq.
Falanqkun diqqətə çatdırıb ki, repatriasiya edilənlər arasında ən çox Çin vətəndaşları (5,414), ikinci yerdə indoneziyalılar (653) və iindistanlılar (581) olub.
Sərbəst buraxılanlar arasında ümumilikdə 30-dan çox ölkənin nümayəndələri var.
Töhfə Səməd
tag: Myanma,Köləlik,Azad edilmə,Əcnəbi,Todaypress.az,