Myanma hakimiyyəti Rusiyadan terrorla mübarizədə kömək istədi

Dünya

04.08.2024 14:45

Myanmanın Birlik Həmrəylik və İnkişaf Partiyasının (USDP) sədri Xin Yee Rusiyadan kömək istəyib.

TodayPress xəbər verir ki,  bu barədə  o, “RİA”ya danışıb.

Sədr, Rusiya dövlətinin Myanmadakı münaqişəni terrorizmin təzahürü kimi tanıyacağına və ona qarşı mübarizəyə qoşulacağına ümid etdiyini bildirib.

Onun  sözlərinə görə, Myanmada baş verənlər daxili “siyasi çəkişmələr” deyil, terrorizm kimi qəbul edilməlidir. Əgər Rusiya bunu tanısa, o zaman müvafiq departamentlər Myanma hakimiyyətinə qoşula və onlara öz məqsədlərinə çatmaqda köməklik göstərə biləcəklər.

"İstədiyimiz əsas dəstək Rusiyanın terrorizmlə mübarizədə bizimlə işləməsidir" deyə Yee vurğulayıb.

O, qeyd edib ki, hazırda ölkə milli səviyyədə təhlükəsizliyin təmin edilməsi üçün əlindən gələni edir. Bununla belə, Yeenin fikrincə, hazırkı dünyada milli təhlükəsizlik məsələləri regional və hətta qlobal xarakter daşıyır.

Töhfə Səməd

tag: Myanma,Rusiya,Terrorizm,Mübarizə,todaypress.az,