Müxalifət lideri: “Suriya İslam dövlətinə çevrilməyəcək”
Dünya
11.12.2024 14:30
“Suriyada islam yönümlü dövlətin qurulması layihəsi Suriya xalqına uyğun deyil”.
TodayPress xəbər verir ki, bu fikri “TASS”a müsahibəsində suriyalı siyasətçi, Cenevrə və Astanada Suriya üzrə danışıqlarda müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş bildirib.
“İslam ümmətinin layihəsi (İslama yönümlü dövlət) Suriya xalqı üçün uyğun deyil və onlar üçün zərərlidir” deyə o bildirib.
Qeyd edək ki, Məhəmməd Alluş “Ceyşül-İslam” qrupunun qurucularından biridir və onun siyasi qanadına rəhbərlik edib. 2016-cı ildə Cenevrədə keçirilən sülh danışıqlarında müxalifətin baş müzakirəçisi təyin edilib, 2017-ci ildə isə Suriya müxalifətinin nümayəndə heyətinə rəhbərlik edib.
Töhfə Səməd
tag: Cenevrə,Astana ,Suriya,Xalq ,todaypress.az,