Müxalifət Ermənistanı hakimiyyət dəyişikliyi etməyə səslədi
Dünya
05.12.2024 16:38
“İrəvana yeni hakimiyyət lazımdır”.
TodayPress xəbər verir ki, bunu brifinq zamanı “Ana Ermənistan” fraksiyasının nümayəndəsi Andranik Tevanyan deyib.
Onun sözlərinə görə, gələcəkdə ölkədə hakimiyyətin dəyişdirilməsi məsələsi qaldırılmalıdır.
“Onlar hər hansı seçki prosesindən qorxurlar. Ona görə də belə biabırçı vəziyyət yaranıb və insanlar iş şəraitinin yaxşılaşdırılması, maaşların artırılması ilə bağlı qanuni tələblərə görə təqiblərə məruz qalırlar. Onlar xalqı aldadaraq hakimiyyətə gəliblər” deyə Tevanyan bildirib.
Gediş haqqının artırılması mövzusu kontekstində Tevanyan bildirib ki, hakimiyyət xalqın iradəsinə zidd gedərsə, xalqın qanunsuz qərarları boykot etmək hüququ var.
Xatırladaq ki, dekabrın 3-də "İrəvan Avtobus" QSC-nin sürücüləri tətil elan edib və bu gün işə çıxmayıblar. Onlar iş şərtlərinə və əmək haqqına yenidən baxılmasını tələb edirlər.
Töhfə Səməd
tag: Ermənistan, Hakiiyyət,Xalq, Tevanyan ,todaypress.az,