Müvəqqəti hökuməti avqustun 8-də and içəcək

Dünya

07.08.2024 19:05

2277

Banqladeşin müvəqqəti hökumətinin rəhbəri təyin edilmiş Məhəmməd Yunusun andiçmə mərasimi avqustun 8-də baş tutacaq. 

TodayPress xəbər verir ki, bunu Respublika ordusunun komandanı Vaqer-Uz-Zaman deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ölkədə vəziyyət sabitləşəcək. Komandir qeyd edib ki, müvəqqəti hökumət çox güman ki, 15 üzvdən ibarət olacaq, lakin bu barədə hələ ki, rəsmi olaraq məlumat verilməyib. 

Töhfə Səməd

tag: Banqladeş,Respublika, Vaqer-Uz-Zaman, Məhəmməd Yunus, Hökumət, todaypress.az,