Müstəntiqlər Cənubi Koreya prezidentinin saxlanması üçün order istədilər

Dünya

17.01.2025 17:27

Cənubi Koreya müstəntiqləri ölkə prezidenti Yun Sok Yolun saxlanması üçün order istəyiblər.

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. 

“Bu gün günortadan sonra Cənubi Koreyanın Korrupsiya Təcrübələrinin Təhqiqat İdarəsi (CIO) Seul Qərb Dairə Məhkəməsindən şübhəli Yun Sok Yol üçün həbs qərarı istəyib” məlumatda deyilir.

Qeyd olunub ki, o, üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. CIO prezidenti üç dəfə dindirməyə çağırsa da o, müstəntiqlərin tələblərinə məhəl qoymayıb.

Günəş Mərd

tag: Müstəntiq ,İttiham, Səlahiyyət,Koreya,todaypress.az,