Multivitaminlər ömrü qısaldır – Araşdırma

Dünya

01.07.2024 12:10

Bir çox insanlar daha sağlam həyat yaşamaq üçün vitamin və ya multivitaminlərdən istifadə edirlər. 

TodayPress xəbər verir ki,  ABŞ-də aparılan son tədqiqatlar multivitamin əlavələrinin insan ömrünü qısaltdığını və əlavələrdən istifadə edənlərin ölüm riskinin daha yüksək olduğunu ortaya çıxarıb. 

Tədqiqat zamanı vitaminlərdən istifadə edən cəmi 390 min 124 yetkin insanın məlumatları araşdırlıb. Nəticədə bu cür əlavələrin onların ölüm riskini 4 faiz artırdığı müəyyən edilib.  

Mütəxəssislər vurğulayırlar ki, ən vacibi sağlam qidalanmaqdır. İnsanların özlərinə lazım olan vitaminləri birbaşa qidadan almaları daha məqsədəuyğundur. 

Qeyd edək ki, 2023-cü ildə aparılan araşdırma zamanı sağlam qidalanmanın insan ömrünü 10 il uzatdığı bildirilib.

Günəş Mərd

tag: Vitamin, Multivitamin, ABŞ, Maraqlı, todaypress.az,