Müharibənin yeni mərhələsi başlayır - İsrailin müdafiə naziri

Dünya

18.09.2024 22:58

İsrail hərbi səylərinin “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir, müharibənin yeni mərhələsi başlayır.

TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” Yəhudi Dövlətinin Müdafiə naziri Yoav Qalant “Ramat David” aviabazasında hərbçilərlə görüşdə bildirib.

“Biz qüvvələri, resursları və enerjini şimala keçiririk. Düşünürəm ki, biz bu müharibənin yeni mərhələsinin başlanğıcındayıq və buna uyğunlaşmaq lazımdır” nazir vurğulayıb.

tag: İsrail,Fələstin, Yəhudi, Müharibə,todaypress.az,