Müdafiə zavodunda partlayış baş verdi, yaralılar var
Serbiyanın “Krusik” müdafiə zavodunda partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayııb.
Məlumata görə, partlayış zamanı zavodun sexində 20 işçi olub, onlardan 7-si müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, “Krusik” Serbiyanın ən böyük dövlət müdafiə sənayesi müəssisələrindən biridir. Ötən ilin mayında da zavodda partlayış baş vermişdi.
Günəş Mərd
tag: Serbiya, Partlayış, Krusik, Zavod, Müdafiə Zavodu, todaypress.az,