“Müdafiə və təhlükəsizlik öncəliyimiz olacaq” - Britaniyanın yeni Baş naziri
Dünya
06.07.2024 19:40
“Müdafiə və təhlükəsizlik rəhbərlik
etdiyim kabinetin ilk prioritetlərindən olacaq”.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bu vəzifədə
keçirdiyi ilk mətbuat konfransında deyib.
Hökumət başçısı bildirib ki,
Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb və ölkəsinin
Ukraynaya hərbi dəstəyi ilə bağlı mövqeyinin NATO sammitində də təsdiqlənəcəyi
barədə onu məlumatlandırıb: “Bu, hökumətimizin siyasətinin bir hissəsi olacaq.
Şəxsi maraqlara əsaslanan siyasət artıq keçmişdə qalıb. Mən xalqın rifahına yönələn
fəaliyyət həyata keçirəcəyəm”.
tag: Kir Starmer, Britaniya, Baş Nazir, NATO, todaypress.az,