Müdafiə naziri impiçmentlə hədələndi
Dünya
30.10.2024 16:10
Cənubi Koreyanın müxalifət partiyası “Toburo”, hərbçiləri parlamentin razılığı olmadan Ukraynadakı münaqişə zonasına göndərəcəyi təqdirdə müdafiə naziri Kim Yonq Hana qarşı impiçment proseduruna başlayacağı ilə hədələyib.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yazıb.
Materialda qeyd olunur ki, Cənubi Koreya Konstitusiyası silahlı qüvvələrin xaricə göndəriləcəyi təqdirdə, bu, ilk növbədə ölkənin ali qanunverici orqanı tərəfindən təsdiqlənməlidir. Söhbət istənilən sayda hətta bir əsgərin xaricə göndərilməsindən gedir.
Bildirilib ki, hökumət parlamentin razılığı olmadan hərbçiləri Ukraynaya göndərərsə, Toburo Demokratik Partiyası müdafiə nazirinin impiçmenti də daxil olmaqla müxtəlif tədbirlər görəcək.
Günəş Mərd
tag: Müdafiə Naziri, Cənubi Koreya,Ukrayna, Toburo,Parlament, todaypress.az,