Moskvaya dron hücumu - 2 hava limanı müvəqqəti bağlandı

Dünya

06.05.2025 21:30

19

Moskvaya yenə dron hücumu olub.

Bu barədə TodayPress xarici KİV-ə istinadən bildirir. 

Şəhər meri Sergey Sobyanin bildirib ki, Moskva istiqamətində uçan üç PUA vurulub.

Dronların Moskva vilayəti ərazisində vurulduğu bildirilib.

Yerli sakinlər hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti və rabitə əlaqəsində kəsintilərin müşahidə olunması barədə məlumat verirlər.

Moskvanın Vnukovo və Domodedovo hava limanları PUA hücumu təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb. Hava limanları reysləri qəbul etmir və göndərmir

tag: Rusiya, Ukrayna, Hücum, Dron,Hava Limanı, todaypress.az,