Moskvanın mərkəzində silahlı insident baş verdi, ölənlər var

Dünya

18.09.2024 17:40

1693

Moskvanın mərkəzində, Kremlin yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma baş verib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, faktla bağlı artıq 28 nəfər saxlanılıb. Bundan başqa, şirkətin yerləşdiyi Romanov Dvor biznes mərkəzinə giriş bağlanıb, həmin küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

"Wildberries"dəki mənbə şirkətin “Romanov Dvor” biznes mərkəzindəki ofisinin təhlükəsizlik xidmətinin 2 əməkdaşının ofisi ələ keçirmək cəhdi zamanı öldürüldüyünü açıqlayıb.

Bundan başqa, insidentin şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verdiyi bildirilib. 

Nəticədə biri polis əməkdaşı olmaqla iki nəfər yaralanıb, bir nəfər isə həyatını itirib.

Şirkətdən verilən məlumatlara əsasən, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı “Wildberries” ofisinə qanunsuz daxil olmağa cəhd edib.

Xatırladaq ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.

tag: Moskva ,İnsident, Kreml, Rusiya ,Biznes Mərkəzi ,todaypress.az,