Moskvadan uçan sərnişin təyyarəsi təcili eniş etdi

Dünya

30.07.2024 10:49

2367

Moskva - Astana reysi ilə uçan sərnişin təyyarəsi pilotun səhhəti pisləşdiyi üçün təcili eniş edib.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Ufa hava limanının mətbuat xidməti təyyarənin təcili enişi ilə bağlı məlumatı təsdiqləyib. Aviaşirkətin əməkdaşına lazımi tibbi yardım göstərilib. Bir saat sonra təyyarə təyinat aeroportuna uçub. 

İlkin məlumatlara əsasən, pilot anidən əsəbləşərək halı pisləşib, daha sonra vəziyyəti normala dönüb.

Töhfə Səməd

tag: Moskva, Astana, Təyyarə, Ufa Hava Limanı, Pilot, todaypress.az,