Moskvadakı atışmaya görə həbs edilənlərin sayı 19-a çatdı

Dünya

21.09.2024 12:05

Moskvanın mərkəzində “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışmadan sonra 13 nəfər həbs edilib. 

TodayPress xəbər verir ki,  bu barədə “TASS” məlumat yayıb. 

Bununla da iş üzrə inzibati həbs edilənlərin ümumi sayı 19 nəfərə çatıb. 

Qeyd edək ki, hadisə sentyabrın 18-də baş verib. Rusiya Federasiyasının İstintaq Komitəsi atışma nəticəsində iki nəfərin öldüyünü, daha yeddi nəfərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarının yaralandığını bildirib.

Günəş Mərd

tag: Moskva ,Atışma, Həbs ,Hadisə, Rusiya, todaypress.az,