Moskvada veteranlar zəhərləndi
Moskvada veteranların sosial reabilitasiya mərkəzində
30 nəfər zəhərlənib.
TodayPress xəbər verir ki, bu barədə “Baza“ “telegram” kanalı məlumat yayıb.
Hadisə Olimpiya prospektində yerləşən Mixaylov
adına Sosial Reabilitasiya Mərkəzində baş verib. Sentyabrın 15-də səhər saat 5
radələrində 30 nəfərdə eyni simptomlar - qızdırma, ürəkbulanma, ishal və qarın
ağrısı müşahidə olunub.
Həkimlər bunun səbəbinin bir gün əvvəl bütün xəstələrin yediyi balıq olduğunu açıqlayıblar.
Bundan əvvəl sentyabrın əvvəlində Kareliya sakinləri şavarmadan 113 nəfərin zəhərləndiyi bildirilib.
Zərərçəkənlər arasında 17 yaşınadək 46 uşağın
olduğu bildirilib.
Aynur TAC
tag: Rusiya,Veteran, Zəhərlənmə,Qida,todaypress.az,