Moskvada silsilə partlayışlar baş verdi
Moskvada ardıcıl üç partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə "Shot Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, hazırda ərazidə güclü yanğın başlayıb.
Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndələri cəlb olunub.
Hələlik partlayışın hansı səbəbdən baş verdiyi və hadisə zamanı insan itkisinin olub-olmadığı barədə məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.
Töhfə Səməd
tag: Moskva,Rusiya,partlayış,Yanğın,Todaypress.az,