Moskvada partlayış oldu - Yaralılar var
Dünya
04.11.2024 11:15
Moskvada yerləşən 3 nömrəli İstintaq Təcridxanasında baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Partlayışa səbəb müəssisənin ərazisində aparılan qaynaq işləri zamanı təhlükəsizlik texnikası qaydalarına riayət edilməməsi olub.
Ərazidəki qaz balonlarından birinin iş icraçılarının səhvi nəticəsində partladığı açıqlanıb. Nəticədə iki nəfər ağır yaralanıb.
İlkin informasiyaya görə, onların vəziyyəti ağırdır.
tag: Moskva, Partlayış, Yaralı, Təcridxana, Qaz Balonu, todaypress.az,