Moskvada 9 May paradı başladı - FOTO
Rusiyanın paytaxtı Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar hərbi parad başlayıb.
TodayPress xəbər verir ki, Rusiyanın paytaxtına gələn xarici ölkələrin başçıları tribunalarda yerlərini alıblar.
Paradı Rusiya müdafiə naziri Andrey Belousov idarə edir.
Rusiya Prezidenti Vladimir Putin mərkəzi tribunadan paradı izləyir. O, tədbirdə 29 xarici ölkə lideri ilə birlikdə iştirak edir.
Paradda iştirak edən ölkələr bunlardır: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Efiopiya və s.
Qırmızı meydanda keçirilən parada 13 ölkədən hərbçilər qatılıb.
Bura Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.
tag: Rusiya,Moskva,Parad,Qələbə,9 May,Todaypress.az,


