Moskvada 134 ilin ən isti havası qeydə alındı
İyulun 2-də Moskvada havanın temperaturu ilə bağlı 134 illik rekord qeydə alınıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand açıqlayıb.
Belə ki, dünən Moskvada havanın temperaturu +32°C təşkil edib və 1890-cı ilin rekordunu yeniləyib.
“Fobos” mərkəzi isə bu gün paytaxtda havanın temperaturunun müsbət 33 dərəcəyə çata biləcəyini, bununla da 1917-ci ilin rekordunu yeniləyəcəyini proqnozlaşdırıb.
tag: Moskva, İsti Hava, Tempratur, Fobos, Roman Vilfand, todaypress.az,