Moskva vilayətinə dron hücumu oldu, ölən və yaralanan var
Rusiyanın Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu olub. Bəticədə bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Vorobyov teleqramda bildirib.
O, əlavə edib ki, gecə saatlarında hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz uçan aparatı vurub.
tag: Rusiya, Moskva ,Dron, Hücum, Lyubertsı, Podolsk, todaypress.az,