Moskva sülh müqaviləsinin şərtini açıqladı

Dünya

12.07.2024 15:33

“Ukrayna ilə bağlı razılaşmalar ümumi kontekstdən çıxarılan ayrı-ayrı məsələlərlə bağlı deyil, hərtərəfli olmalıdır”. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında deyib.  

“Kreml hər hansı razılaşmanı istisna etmir. Prezident Putin dəfələrlə bildirib ki, o, barəsində danışdığımız məsələ haqqında razılıq əldə etməyə hazırdır. Dialoqa başlamaq üçün məsələlər hərtərəfli həll edilməlidir” deyə Kremlin mətbuat katibi qeyd edib.

Töhfə Səməd

tag: Ukrayna, Kreml, Putin, Prezident, Razılaşma, todaypress.az,