Moskva NATO-nun Finlandiyadakı təlimlərini izləyir
Dünya
04.09.2024 14:24
Moskva NATO-nun Finlandiyadakı təlimlərini izləyir və bu manevrlərlə bağlı mümkün riskləri qiymətləndirir.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.
Onun sözlərin görə, bu, Rusiyaya qarşı aparılan hibrid müharibəyə qarşı yönəlmiş ümumi strategiyanın bir hissəsidir:
“Biz dəfələrlə NATO-nun Finlandiya ərazisinin hərbi inkişafına başlamasından irəli gələn risklər barədə xəbərdarlıq etmişik. Finlandiya ərazisində döyüş əməliyyatlarının aparılması ölkəmizə qarşı hibrid müharibənin bir hissəsidir”.
Zaxarova vurğulayıb ki, belə fəaliyyət nəticəsində Uzaq Şimalda təhlükəsizlik, naviqasiya və iqtisadi fəaliyyət üçün yeni təhdidlər yaranır.
Günəş Mərd
tag: Moskva, NATO, Finlandiya ,Uzaq Şimal, Zaxarova ,Rusiya ,todaypress.az,