Moskva-İrəvan reysi duman səbəbindən Tbilisidə eniş etdi

Dünya

29.12.2024 13:15

“Flyone” aviaşirkətinin Moskva-İrəvan reysi duman səbəbindən Tbilisidə eniş edib.

TodayPress xəbər verir ki, aviaşirkət bu məlumatı “Sputnik-Ermənistan”a təsdiqləyib.

“Flightradar24”ün məlumatına görə, təyyarə İrəvana çatsa da, hava şəraiti səbəbindən eniş etməyərək Gürcüstana uçub.

Təyyarənin İrəvana nə vaxt uçacağı barədə hələlik məlumat yoxdur.

tag: Flyone,Moskva-İrəvan,Tbilisi,Flightradar24,Gürcüstan,todaypress.az,