Moskva hava limanları uçuşları bərpa etdi
Dünya
10.09.2024 10:33
Moskvanın “Şeremetyevo”, “Domodedovo”, “Vnukovo” və “Jukovskiy” hava limanlarında reyslərin gəliş-gedişinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
TodayPress xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Qeyd edək ki, sözügedən hava limanlarında uçuşlar Moskva ətrafına pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar səbəbindən müvəqqəti olaraq bağlanmışdı.
Günəş Mərd
tag: Moskva, Hava Limanı, Şeremetyevo, Domodedovo, Vnukovo, todaypress.az,