Moskva Ermənistanla ticarət dövriyyəsini Avropa ilə müqayisə etdi

Dünya

15.01.2025 16:32

“Ermənistanın Avropa İttifaqı ölkələri ilə ticarətinin həcmi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə müqayisədə bir neçə dəfə azdır”. 

TodayPress xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bu barədə “TASS”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin 11 ayı ərzində Ermənistanın Aİİ ilə ticarət dövriyyəsi təqribən 12 milyard dollar təşkil edib ki, bunun da 11,6 milyard dolları Rusiyanın payına düşüb.

Overçuk həmçinin qeyd edib ki, ermənilər respublikanın Avropa İttifaqına daxil olmasının hipotetik məsələ olduğunu yaxşı başa düşürlər və Aİİ-də əməkdaşlığın iqtisadi faydalarını itirmək istəmirlər.

Qeyd edək ki, yanvarın 9-da Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər.       

Günəş Mərd

tag: Moskva ,Ermənistan, Avropa ,Ermənistan ,todaypress.az,