Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək etməyə hazırdır : Zaxarova
Dünya
11.09.2024 20:46
“Moskva
BRICS-ə qoşulmaq məsələsində Bakıya mütəffiq kimi hər cür kömək göstərməyə
hazırdır”.
TodayPress
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova brifinqdə bildirib.
Onun
sözlərinə görə, hazırda 30-dan çox dövlət BRICS-lə sistemli əlaqələrin
inkişafında maraqlıdır.
“Biz
hər bir ölkənin suveren istəyinə və bu halda Azərbaycanın BRICS ilə daha sıx
qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətlə yanaşırıq. Birlik getdikcə
beynəlxalq əməkdaşlığın daha ədalətli, bərabərhüquqlu arxitekturasının
formalaşması istiqamətində çox iş görür” Zaxarova bildirib.
Onun
sözlərinə görə, 2023-cü ilin avqustunda BRICS liderlərinin Yohannesburqda
keçirilən görüşünün qərarları əsasında üsullar razılaşdırılır.
“İşin
nəticələri barədə bu il oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək sammitdə
BRICS liderlərinə məruzə ediləcək, qərarlar hərtərəfli məsləhətləşmələr və
konsensus əsasında qəbul ediləcək” Mariya Zaxarova bildirib.
BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
Azərbaycanın
BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında
Kazanda keçiriləcək sammitində baxıla bilər.
İyulun
11-də Sankt-Peterburqda keçirilən BRİKS Parlament Forumunun plenar iclasında
çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan
BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
Avqustun
20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə
bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
Hazırda təşkilatın 10 üzvü var.
tag: Moskva, BRİCS, Rusiya, Azərbaycan, Zaxarova,todaypress.az,