Moskva 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoydu
Dünya
24.07.2024 00:30
Moskva Tokionun sanksiyalarına
cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa
qoyur.
TodayPress xəbər verir
ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiyanın xüsusi hərbi əməliyyatla
əlaqədar ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, “Toyota”
Motor İdarə Heyətinin sədri Toyoda Akio, “Rakuten” Korporasiyasının təsisçisi
Mikitani Hiroşi.və digər Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə
daimi qadağa qoyulması barədə qərar qəbul edilib” məlumatda deyilir.
Sanksiya siyahısına Yaponiya
işgüzar dairələrinin digər nümayəndələri də daxil edilib.
tag: Rusiya, Yaponiya, Sanksiya, Tokio, todaypress.az,