Monteneqroda atışma qurbanlarının sayı artdı
Dünya
02.01.2025 15:34
Monteneqronun Çetinye şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında iki uşaq da var.
Qeyd edək ki, yanvarın 1-i axşam saatlarında Aço Martinoviç adlı silahlı şəxs şəhərin barlarından birinə daxil olaraq oradakı insanlara atəş açıb. O, daha sonra özünə qəsd edib. Hücumun motivi hələlik bəlli deyil. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Günəş Mərd
tag: Monteneqro, Atışma ,Silahlı, Şəhər ,todaypress.az,