Monqolustanın paytaxtında etirazçılar mərkəzi yolu bağladılar

Dünya

12.01.2025 00:11

Monqolustanın paytaxtı Ulan-Batorda etirazçılar paytaxtın mərkəzindəki əsas yolu bağlayıb, nəqliyyatın hərəkətinə mane olublar.

 

TodayPress xəbər verir ki, bu barədə yerli “News.mn” portalı məlumat yayıb.

 

Məlumata görə, nümayiş yerli vaxtla saat 11:00-dan 17:00-a qədər keçirilməli idi.

 

Aksiya təşkilatçıları havanın çirklənməsi və vergi məsələlərinə görə Monqolustan hökumətinin istefasını tələb edirlər.

 

tag: zmonqolustan, Aksiya,Paytaxt, Hava, Çirklənmə, todaypress.az,