Monqolustanda qızılca hallarında kəskin artım müşahidə olunur
Monqolustanda qızılcaya yoluxma hallarının sayı 11 apreldən bu yana 659-a yüksəlib. Hələ aprelin 11-də bu göstərici 479 olub. Artım 10 gün ərzində 180 yeni yoluxma halı qeydə alındığını göstərir.
TodayPress xəbər verir ki, bu barədə Monqolustanın Milli Yoluxucu Xəstəliklər Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 11 mindən çox şəxs xəstələrlə təmasda olduğuna görə tibbi müşahidə altındadır.
Yoluxmaların əksəriyyəti paytaxt Ulan-Batorda aşkarlanıb.
Rusiya ilə sərhəddə yerləşən Xenti bölgəsində isə 6 yoluxma halı qeydə alınıb.
Qeyd olunur ki, ilk şübhəli xəstə 2025-ci ilin fevral ayının sonunda Vyetnamdan Ulan-Batora gələn hava reysi ilə ölkəyə daxil olub.
Xatırladaq ki, Monqolustanda uşaqlar arasında sonuncu böyük qızılca epidemiyası 2019-cu ilin martında baş vermişdi.
Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildə Monqolustanı qızılcanı ləğv etmiş ölkə kimi tanımışdı.
Qiymət Mahir
tag: Monqolustan,Qızılca,Yoluxma,Artım,Todaypress.az,