Monqolustan Rusiyaya “YOX” dedi - Beynəlxalq layihə yarımcıq qaldı

Dünya

20.08.2024 13:08

Rusiya qazını Çinə tədarük edəcək “Sibirin Gücü 2” qaz kəməri layihəsi müvəqqəti olaraq dayandırılıb.

TodayPress xəbər verir ki, bu barədə “Unian.net” xəbər saytı məlumat yayıb.

Belə ki,  boru kəmərinin Monqolustan ərazisindən keçməsi nəzərdə tutulurdu. Lakin ölkə bunu 2028-ci ilə qədər milli inkişaf planına daxil etməyib.

Eyni zamanda, Şanxay Sosial Elmlər Akademiyasının Rusiya və Mərkəzi Asiya üzrə mütəxəssisi bildirib ki, Monqolustan Çin və Rusiyadan sərmayə almağı ümid edirdi, lakin Rusiyanın pulu yoxdur və Çin də bu boru kəmərini çəkməyə tələsmir.

Töhfə Səməd

tag: Rusiya, Çin, Asiya,Şanxay Sosial Elmlər Akademiyası,Monqolustan, todaypress.az,