Monqolustan hərbçiləri ilk dəfə ölkə xaricində paradda iştirak etdilər
Monqolustan sərhədçiləri ilk dəfə Tuvanın paytaxtı Kızılda İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar keçirilən paradda iştirak ediblər.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Parad bölməsinə 45-ci sərhəd dəstəsinin rəis müavini, polkovnik-leytenant Lxaqva-oçir Oçirsuren rəhbərlik edib.
Məlumatda deyilir ki, Monqolustan dünya müharibəsi illərində SSRİ-yə hərbi dəstək verdiyini rəsmən elan edən ilk ölkələrdən biri olub.
tag: Monqolustan,Hərbçi,Parad,İştirak,Todaypress.az,