Moldovanın NATO-ya daxil olmasının əleyhinə olanların sayı artdı

Dünya

03.09.2024 17:52

2677

Moldovada ölkənin Şimali Atlantika Alyansına daxil olmasının əleyhinə olanların sayı artıb.

TodayPress xəbər verir ki, Moldovanın “Date Inteligente” şirkəti keçirdiyi sorğunun nəticələrini paylaşıb. 

Respondentlərin 58,9%-i Moldovanın NATO-ya daxil olmasının əleyhinə, 28,8%-i lehinə, 12,3%-i isə cavab verməkdən imtina edib.

Tədqiqat avqustun 19-dan 25-dək aparılıb və sorğuda 1004 respondent iştirak edib. 

Töhfə Səməd

tag: Moldova, NATO,Şimali Atlantika, Alyans, todaypress.az,