Moldovanın gələcəyi Rumıniyadan asılıdır

Dünya

28.11.2024 18:20

“Moldovanın gələcəyi də Rumıniyanın seçdiyi yoldan asılıdır”. 

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu bildirib.

Bununla əlaqədar o, Rumıniya vətəndaşlığı olan moldovalıların Rumıniyada keçiriləcək parlament və prezident seçkilərində fəal iştirak etməyə çağırıb. 

Siyasətçinin fikrincə, onlar Rumıniyanın gələcəyini qorumalı, həmçinin Rumıniya pasportuna sahib olmağın məsuliyyətini anlamalıdılar.

Qeyd edək ki, Moldova parlamentinin spikeri, prezident Maya Sandu kimi Rumıniya vətəndaşlığına malikdir. 

Xatırladaq ki, noyabrın 24-də Rumıniyada prezident seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Rumıniya Sosial-Demokrat Partiyasının lideri, rusiyayönlü Baş nazir Marçel Çolaku 22,94 faiz səslə liderdir. Mərkəz-sağçı “Rumıniyanın Xilası İttifaqı” partiyasının üzvü Elena Laskoni isə 18,1 % səslə ikinci yerdə qərarlaşıb. Qalib dekabrın 8-də baş tutacaq ikinci turda müəyyənləşəcək.

Günəş Mərd

tag: Moldova, Rumıniya, Prezident, Seçki, Parlament, todaypress.az,