Moldovanın energetika naziri vəzifəsindən azad edildi
Dünya
05.12.2024 20:55
Moldova Prezidenti Maya Sandu Viktor Parlikovun
energetika naziri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
TodayPress “İnterfaks”a istinadən xəbər verir
ki, sənəd prezidentin rəsmi saytında dərc edilib.
“Viktor Parlikov energetika naziri vəzifəsindən istefa
verir. Sərəncam imzalandığı gündən qüvvəyə minir” sərəncamın mətnində deyilir.
Bu gün Moldovanın Baş naziri Dorin Reçan
Parlikovun, “Energocom”un rəhbəri Viktor Bınzarinin və “Moldovagaz”ın Müşahidə
Şurasının üzvü Sergey Tofilatın istefasını tələb etmişdi.
tag: Sərəncam, Energetika, Moldova, Sergey, Baş Nazir, todaypress.az,