Moldovanın Baş Qərargah rəisi vəzifəsindən azad edildi
Dünya
27.09.2024 13:56
Moldova prezidenti Maya Sandu general Eduard Oxladçukun milli ordunun komandanı və Baş Qərargah rəisi vəzifəsindən istefası haqqında fərman imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Moldova Müdafiə Nazirliyi bildirib ki, Oxladçukun müqaviləsi başa çatıb.
Lakin müxalifət nümayəndələri hesab edirlər ki, general hakimiyyət üçün əlverişsiz sayıldığı üçün vəzifəsindən azad olunub.
Qeyd edək ki, hökumət sentyabrın 18-də Baş Qərargah rəisinin 2021-ci il noyabrın 8-dən tutduğu vəzifədən istefa verməsi təşəbbüsü ilə çıxış edib.
Günəş Mərd
tag: Moldova, Müdafiə Nazirliyi, Baş Qərargah ,Eduard Oxladçuk ,Maya Sandu ,todaypress.az,