Moldovada seçkilər zamanı 170-dən çox qanun pozuntusu qeydə alındı

Dünya

20.10.2024 13:02

2304

Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlüklə bağlı keçirilən  referendum zamanı müşahidəçilər pozuntular barədə 170-dən çox məlumat qeydə alıblar. 

TodayPress xəbər verir ki, bu barədə “Promo-LEX” qeyri-hökumət təşkilatının direktoru Nikolay Panfil bildirib. 

“Monitorinq missiyasına 173 pozuntu halı ilə bağlı hesabat daxil olub, onlardan 34-ü artıq yoxlanılıb və təsdiqlənib, qalanları tədqiq olunur” deyə o qeyd edib. 

Onun sözlərinə görə, yoxlanılmış 34 işdən yeddisi təşviqat materiallarının səsvermə məntəqələrində və ya onun ətrafından 100 metr radiusda yerləşdirilməsi ilə bağlıdır.   

Səsvermənin məxfiliyinin pozulması halları iki dəfə qeydə alınıb və bir neçə qrup səsvermə epizodu aşkarlanıb. 

Günəş Mərd 

tag: Moldova,Seçki,Yoxla,Pozuntu,Avropa,Todaypress.az,